Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb

21-05-2024, 11:18 127 dəfə baxılıb

 

Milli Məclisin sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb.

"Azerinews.az" xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikinci görüşü keçirilib.

Görüşdə hər iki ölkənin parlamentlərinin sülh prosesinə necə töhfə verəcəyi ilə bağlı müzakirələr davam etdirilib.

Qeyd edək ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikinci görüşü keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031