XİN rəsmisindən Aİ səfirinə - Cavab

17-01-2024, 14:27 7 dəfə baxılıb

 

Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun Azərbaycanda məhkəmələrlə bağlı etdiyi paylaşımına münasibət bildirib.

“azerinews.az” xəbər verir ki, A.Hacızadə bununla bağlı “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir. Yaxşı olardı ki, səfir bəzi Avropa İttifaqı ölkələrinin məhkəmə sistemlərində ədalətin olmamasına və pis rəftara diqqət yetirsin”.

Qeyd edək ki, Peter Mixalko “X” hesabında Azərbaycanda jurnalist həbsləri ilə bağlı paylaşım edib:

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031