Lui Bono Azərbaycana səfər edəcək

24-05-2024, 10:39 110 dəfə baxılıb

 

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün növbəti həftələr ərzində regiona səfər edəcək.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən Lui Bononun regiona səfəri ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib.

"Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək.

Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq", - deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, Lui Bono artıq Ermənistanda səfər edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930