Laçınla İrpen şəhərləri qardaşlaşacaq

24-05-2024, 13:01 114 dəfə baxılıb

 

Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri Qarabağa gedib.

 "Azerinews.az"  xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev "X" hesabında paylaşım edib.

 Onun sözlərinə görə, Ukraynanın Azərbaycandakı səfiri statusunda ilk regional səfərini Qarabağa etməyi əvvəldən planlaşdırıb:

 “Bu gün Azərbaycan rəhbərliyinin dəvəti ilə biz hərbi attaşemiz polkovnik Yuriy Suprunla birlikdə bu planı həyata keçiririk. Səhər Zəngilan şəhərinin yeni hava limanına gəldik və oradan mənzərəli Laçın şəhərinə yola düşdük. Biz Laçını yaxın gələcəkdə qəhrəman İrpen icmamızla qardaşlaşmış şəhər etmək üzərində çalışırıq.

 Şəhərlərin bərpa və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində uğurlu təcrübəsi var.

 Əminəm ki, belə regionlararası əməkdaşlıq Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə yönəlmiş daha bir addım olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930