Əli Əsədov İtaliyanın baş prokuroru ilə görüşüb

25-05-2024, 23:38 72 dəfə baxılıb

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 25-də İtaliya Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-İtaliya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İtaliya Respublikasının Ali Kasasiya Məhkəməsi yanında Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan-İtaliya əlaqələrinin ticari-iqtisadi və bir çox digər istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930