Ceyhun Bayramov: Azərbaycan və Pakistan arasında güclü siyasi dialoq mövcuddur

30-05-2024, 12:02 128 dəfə baxılıb

 Bugünkü görüşümüzdə qarşılıqlı və çoxtərəfli gündəliyi, strateji tərəfdaşlığımızı, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını və münasibətlərimizi növbəti mərhələyə qaldırmaq imkanlarını müzakirə etdik.

"Azerinews.az" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

XİN rəhbəri hər iki ölkənin yerləşdiyi regionlardakı son vəziyyətlə bağlı da fikir mübadiləsi apardıqlarını diqqətə çatdırıb.

Nazir qeyd edib ki, ikitərəfli əməkdaşlıqla yanaşı beynəlxalq platformalarda əməkdaşlıq iki ölkəni daha da yaxınlaşdırır, regional və qlobal səviyyədə ölkələrin mövqelərini gücləndirir.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan BMT, İƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda qarşılıqlı səmərəli əməkdaşlığı qiymətləndirir.

O xatırladıb ki, Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edəcək.

Nazir bildirib ki, Azərbaycan və Pakistan arasında güclü siyasi dialoq mövcuddur və iki ölkə arasında ticari-iqtisadi əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar var: “Biz enerji, informasiya texnologiyaları, əczaçılıq, kənd təsərrüfatı, turizm, nəqliyyat, ağır və yüngül sənaye üzrə birgə layihələrdə əməkdaşlığımız daha da canlandırmalı və hərtərəfli etməliyik. Bu ilin sonunda İslamabadda keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasının iqtisadi əməkdaşlığımıza təkan verəcəyinə inanırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930