Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

30-05-2024, 15:41 222 dəfə baxılıb

 Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

"Azerinews.az" xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanı ziyarət edilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər qoyulub, xatirələri ehtiramla anılıb. Həmçinin nümayəndə heyəti "Türk şəhidliyi" abidəsini ziyarət edib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031