Ağdərədə seçki dairəsi yaradılır
Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.
"Azerinews.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
“Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub. Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır.
Tərtər, Kəlbəcər və Ağdam rayonlarını ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: