Parlament seçkilərinin Təqvim Planı təsdiq edildi

29-06-2024, 16:33 128 dəfə baxılıb

 

Növbədənkənar Parlament seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edilib.

“Azerinews.az” ın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün keçirilən iclasında verilib.

Məsələ barədə məlumatı MSK katibi Arifə Muxtarova təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930