Prezidentin ŞƏT-in Zirvə toplantısına dəvət edilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir

4-07-2024, 16:15 121 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına fəxri qonaq kimi dəvət edilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir".

Bu sözləri "Report"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə ikitərəfli görüşlər keçirilib və ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb:

"Görüşlərdə Çin lideri Si Cinpin ilə aparılan müzakirələri xüsusilə qeyd etmək olar. Çin dünyanın ən böyük iqtisadiyyatı, əhalisi olan, dünya siyasətinə təsir gücünə malik ölkədir və Azərbaycanın da ən böyük idxalçılarından biridir".

A.Badamov "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin ölkələr arasındakı münasibətlərin gələcək inkişafında yeni səhifə açacağına əminliyini ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanla Çin arasında üç milyard dollardan çox ticarət dövriyyəsi mövcuddur:

"Onu da qeyd edim ki, Azərbaycan Çinin 6 şəhərində ticarət evləri açıb, qeyri-neft istehsalının bu bazarlara çıxarılması üçün işlər aparılıb. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" ölkələr arasındakı münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizə, iqtisadi, humanitar, turizm sahəsində əməkdaşlığın genişləndirməsində xüsusi yer tutur".

VI çağırış parlamentin deputatı vurğulayıb ki, Azərbaycan vahid Çin siyasətini dəstəkləyir və qarşı tərəfin ərazi bütövlüyünün pozulması yolverilməzdir:

"Xatırladım ki, ölkəmiz Tayvanda keçirilən seçkini pisləmişdi. Onu da bildirim ki, Çin də Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bu gün də irəli sürdüyümüz təşəbbüslərə müsbət yanaşır. Bütün bunlar dövlətlər arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930