Kəmaləddin Heydərovun müavini işdən çıxarıldı

9-07-2024, 13:59 142 dəfə baxılıb

 

Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib. 

“Azerinews.az” ın Qaynarinfo-ya istinadən məlumatına görə, generalın adı artıq nazirliyin rəsmi saytından silinib.

FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. Sabiq nazir müavininin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.

Qeyd edək ki, fevral ayında R.Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılsa da, nə təsdiq, nə də təkzib edilib. 6 aydan sonra isə Fövqəladə Hallar Nazirliyinin saytında da onun adı nazir müavinləri siyahısından çıxarılıb. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930