MƏSƏLƏLƏRƏ DÖVLƏT AĞILI İLƏ YANAŞMAQ LAZIMDIR...
Liviyanın devrilmiş prezidenti Müəmmər Qəddafinin 2008-ci ilin martın 29-da Suriyanın paytaxtı Dəməşqdə (Şam) Ərəb liderlərinin toplantısında etdiyi çıxışı yenidən gündəmə gəlib.
Qəddafi həmin çıxışı zamanı İraq lideri Səddam Hüseynin ölümünü misal çəkərək bu ifadəni işlətmişdi :
“Səddamın başına gələnlər sizi də gözləyir. Sıra sizə də gələcək”.
Həmin vaxt Ərəb ölkələri liderlərinin əksəriyyəti Qəddafinin bu sözlərinə gülmüşdü .
Bu günlərdə devrilmiş Suriyanın prezidenti Bəşər Əsəd də Qəddafiyə gülənlər arasında idi.
İndi Suriyada baş verən siyasi dəyişiklər fonunda Qəddafiyə gülən Əsədin aqibətini bütün dünya gördü.
Bu bir növ tarixin istehzası idi .
Suriyada Əsəd dövrü bitdi. İndi bu ölkədə yeni proseslər başlayıb.
Suriyada baş verən dəyişiklərin Yaxın Şərq və ətraf ölkələrə də təsiri qaçılmazdır.
Suriyada baş verən hadisələr hər yerdə baş verə bilər.
Müstəmləkəçilik siyasətindən əl çəkilməlidir. Döyüş silahlarına xərclənən pullar insanların rifahına xərclənməlidir.
Dövlətlər təkcə yerin altındakı sərvətləri yox ; yerin üstündəki insanların taleyini də düşünməlidir.
Müşahidələr göstərir ki , imperialist niyyətli siyasi qüvvələr yenə də aranı qarışdırmaqla məşguldurlar.
Məsələn , son günlər belə fikirlər səsləndirilir ki, Suriyada baş verən hadisələr fonunda Rusiya və Türkiyənin münasibıtləri pisləşib.
Lakin unudulur ki : ölkələr arasında dostluq və ya düşmənçilik münasibətləri əbədi olmur.
Münasibətlər
şəraitə görə dəyişə bilər.
Bu mənada indiki mərhələdə Rusiya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi inandırıcı deyil.
Əvvəla
bu ölkələrin prezidentlərinin münasibətləri çox yaxşıdır.
Digər tərəfdən Ukrayna müharibəsi ilə əlaqədar , Qərbin sanksiyaları fonunda Türkiyə Rusiya üçün "xilas dəhlizi"dir.
Suriyada Əsədin devrilməsinə məyus olan İran da Türkiyə və Azərbaycanla münasibıtlərini korlamamalıdır.
Çünki ,
İranda 40 ( qırx ) milyona yaxın Azərbaycan
türkü yaşayır.
İranın
Azərbaycan və Türkiyəyə qeyri-dost münasibət sərgiləməsi Tehrana baha başa gələ bilər.
Suriyada hakimiyyətə gələn yeni qüvvələr Azərbaycanla da müsbət mənada ciddi əlaqələr qurmalıdır.
Suriyada azərbaycanlılarla eyni olan - milyonlarla
Oğuz kökənli türkman var.
Yəni , bu coğrafiyada təxribat törətmək istəyənlər sonda pərişan olacaq.
Suriyada qurulacaq yeni hökümət Türkiyə və Azərbaycanla yaxşı münasibətlər saxlamaqda maraqlı olacaq.
Bölgədə yaranmış yeni geopolitik vəziyyət
Azərbaycan-Ermənistan münasibətlərinə də təsir edəcək.
Rəsmi Bakı sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.
Lakin bu məsələdə Azərbaycanın Ermənistan qarşında
dəyişməz şərtləri var.
Ermənstan bu şərtlərə əməl etməli ; konstitutsiyalarında Azərbaycana qarşı ərazi iddalarlnı ehtiva edən maddələri aradan qaldırmalır.
Ermənistanın dövlət kimi qalması ; Azərbaycanla əldə ediləcək sülhdən asılıdır.
Ermənilər başa düşməlidir ki, dünya siyasətində özünü təsdiq etmiş İlham Əliyev kimi
liderin barışıq əli uzatmsı onların son şansıdır.
Ermənistan Azərbaycanla sülh bağlasa ; Türkiyə üzərindən Yaxın Şərq , Afrika və Avropa ölkələrinə çıxmaq şansı qazanacaq.
Məsələlərə dövlət ağılı ilə baxmaq lazımdır .
Qəvami Sadıqbəyli, Jurnalist - politoloq.
12 Dekabr 2024 - cü il.