İNSANLIĞA XİDMƏT ONUN AMALIDIR...
Leyla İlham qızı Əliyeva Moskvada anadan olub.
Avropa Biznes məktəbini bitirib.
2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb.
2010-cu ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub.
2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəridir.
2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.
2008-ci il mayın 8-dən başlayaraq , “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
2011-ci ilin iyul ayında xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif olunub.
2011-ci il iyulun 12-də Leyla Əliyevanın təşəbbüsü ilə "IDEA" (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb.
2011-ci ilin oktyabrında Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.
2011-ci ilin noyabrında humanitar aksiyalarda fəal iştirakına görə Nyu-Yorkda “Key to life” fəxri mükafatına layiq görülüb.
2011-ci il noyabrın 22-də BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb .
Leyla Əliyeva Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatına layiq görülüb.
2012-ci il sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub.
2013-cü il oktyabrın 1-də Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin sərəncamına əsasən
“3-cü dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni ilə təltif olunub.
LEYLA ƏLİYEVANIN AMALI İNSANLIĞA XİDMƏTDİR.
Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan – içməli su ilə təchiz məsələsinə öz töhfəsini verib.
Fond “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandanın Şərq əyalətinin administrativ mərkəzi olan Rvamaqanada şəhər məktəbini içməli su ilə təchiz edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri zamanı Rvamaqana şəhər məktəbində də olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb binasının yerləşdiyi ərazidə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər içməli suya olan tələbatlarını təmin etmək üçün yağış suyundan istifadə etməyə məcbur olublar.
Məktəblə tanışlıq zamanı şagirdlər Azərbaycan haqqında geniş məlumat əldə edib, ölkəmizin mətbəxinin təamlarını dadıblar.
Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyeva çox danışmır. Özünü reklam etməyi sevmir.
Ancaq faktiki olaraq fəaliyyətini Respublikamızın
nailiyyətlərinin təbliğinə həsr edir.
Qəvami Sadıqbıyli, Jurnalist - politoliq.
14 Dekabr 2024 - cü il.