Həsən Ruhaninin ofisi keçmiş prezidentin Ekspertlər Şurasına seçkilərdən kənarlaşdırıldığını açıqlayıb

25-01-2024, 11:02 4 dəfə baxılıb

 

İranın Müşahidə Şurası (parlamentdən sonra ali qanunverici orqan) ölkənin keçmiş Prezidenti Həsən Ruhaniyə Ekspertlər Şurasına keçiriləcək seçkilərdə iştirak etməyə icazə verməyib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Fars” agentliyi yayıb.

“Həsən Ruhaninin ofisi keçmiş prezidentin Ekspertlər Şurasına seçkilərdən kənarlaşdırıldığını açıqlayıb”, - deyə məlumatda qeyd olunub. 

Bildirilir ki, Ekspertlər Şurasına seçkilər mart ayında keçiriləcək. Sözügedən qurum ölkənin ali liderini vəzifəsindən uzaqlaşdıra və yaxud təyin edə bilər. 88 üzvdən ibarət olan şura İranda ali hakimiyyət orqanlarının, əsasən də parlament və hökumətin fəaliyyətinə nəzarət edir.

Qeyd edək ki, 75 yaşlı H.Ruhani 2013-2021-ci illərdə İranın prezidenti olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031