Moskvada “Lermontovun vaxtı. Azərbaycan mədəniyyətində böyük şair" adlı sərgi açılıb

25-01-2024, 14:49 1 dəfə baxılıb

Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) “Azərbaycan” pavilyonunda şair Mixail Lermontovun 210 illik yubileyinə həsr olunmuş “Lermontovun vaxtı. Azərbaycan mədəniyyətində böyük şair" adlı sərgi açılıb.

“Azerinews.az"ın məlumatına görə, sərgini açan “Azərbaycan” pavilyonun direktoru Səadət Kadırova Azərbaycanən ədibin həyatında oynadığı roldan danışıb.

“Adını dünya mədəniyyətinə qızıl hərflərlə yazan, Rusiya mədəni həyatının rəmzi olan ədibə həsr olunmuş sərgi açırıq. Lermontov kifayət qədər gənc yaşında vəfat etsə də, ömrünün bir müddətində Azərbaycanda olub və orada yaşayıb. Qusarda Lermontovun ev-muzeyi var, şair hətta Şuşada da olub. O, əsərlərində Qarabağ atlarından bəhs edib. Bu, Lermontovun Azərbaycan tarixinə dərindən nüfuz etdiyini deməyə əsas verir. Məktublarında o, Azərbaycan dilini öyrənməyə başladığını yazıb, Qafqazda Azərbaycan dilinin Avropadakı fransız dili ilə eyni olduğunu qeyd edib”, - S.Kadırova deyib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev isə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində Lermontovun rolunu qeyd edərək bildirib ki, şairin əsərlərini mütaliə etməklə hər bir insan mənəviyyatca zənginləşir.

Sərgidə ziyarətçilərə ilk dəfə olaraq şairin əvvəllər məlum olmayan, həyatda olarkən çəkilmiş portreti təqdim olunub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930