İLHAM ƏLİYEVİN UZAQGÖRƏN SİYASƏTİ AZƏRBAYCANI TƏHLÜKƏLƏRDƏN QORUYUR .....

3-03-2025, 16:46 2 dəfə baxılıb

  

Məlum  olduğu  kimi  28 fevral, 2025 - ci il  tarixində  Vaşinqtonda 
ABŞ Prezident Donald Tramp və Ukrayna Prezident Volodimir Zelenski arasında  görüş  olub .
 Ağ  Evdə  keçirilən  görüşdə  ABŞ-ın  Ukraynanın nadir minerallarına çıxışını təmin edəcək razılaşma  müzakirə  olunmalıydı.
 Lakin  müzakirələr  zamanı iki lider arasında mübahisə  yaranıb. Tramp Zelenskini “Ya  bizim  şərtlərimizlə  sövdələşməyə gedəcəksiniz, ya da biz yoxuq” sözləri ilə hədələyib.
  Görüşdən  sonra Prezident Tramp sosial mediada verdiyi açıqlamada təklif olunan razılaşmanın ləğv  olunduğuna işarə edərək deyib  ki :
 “Mən qərara gəldim ki, prezident Zelenski Amerikanın iştirakı ilə sülhə hazır deyil, çünki o düşünür ki, bizim iştirakımız danışıqlarda ona böyük üstünlük verir. Zelenski  Amerika Birləşmiş Ştatlarına  hörmətsizlik etdi. Sülh üçün hazır olanda geri gələ bilər."
  Məlumatlara  görə Ag Evin Oval ofisində  keçirilən  görüşdə  onlarla amerikalı və ukraynalı müxbirin şahidi olduğu qızğın fikir mübadiləsi olub.  Görüşün təxminən 40-cı dəqiqəsində, Zelenski Rusiyanın 2014-cü ildə Krımı işğal etməsini gündəmə  gətirib. Bundan  sonra  vəziyyət  daha  da  qızışıb.
 ABŞ-ın vitse-prezidenti JD Vans  Zelenskini tənqid edərək  deyib  ki :
 “Düşünürəm ki, sizin  Amerika mediası qarşısında bunu  [ 2014 - ildə  Rusiyanın  Krımı  işğal etməsi  fikrini ] söyləməyiniz  ABŞ -a qarşı  hörmətsizlikdir."
  Həm Vitse- prezident - Vans, həm də Prezident - Tramp Ukrayna liderini ölkəsinin Vaşinqtondan aldığı yardıma görə minnətdar olmamaqda ittiham ediblər.
  Bu cür 
davranışlardan  əsəbləşən  Zelenski planlaşdırılan birgə mətbuat konfransında iştirak etmədən Ağ Evi  vaxtından əvvəl  tərk edib.
   Beləliklə ,  Ukrayna - ABŞ  rəhbərlərinin  görüşü  əslində  fiaskoya  uğradı.
  ABŞ - Ukrayna  görüşündən  sonra Avropa liderləri  Ukraynaya dəstək  verməkdə  davam  edəcəklərini  bildiriblər.
 Avropa  ölkələrinin  siyasi  rəhbərləri  aşağıdakı  fikirləri  səsləndiriblər .
-- Polşanın Baş naziri Tusk : "Hörmətli Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz".
-- Fransa prezidenti Makron :  "Rusiya işğalçıdır , Ukrayna qurbandır".
-- Almaniyada seçkilərdə qalib gəlmiş partiya sədrinin müavini :  "Avropa Ukraynanı tək qoymayacaq".
-- İspaniyanın Baş naziri Sançes :  "Ukrayna, İspaniya səninlədir!"
-- Litva prezidenti Nauseda : "Ukrayna , siz heç vaxt tək olmayacaqsınız"
--Almaniyanın gələcək Federal kansleri Merts : "Hörmətli Zelenski, biz Ukraynanın yaxşı və  çətin  anlarında yanındayıq.  Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq".
  Doğrudur,  Avropa  liderləri  sözdə  Zelenskiyə  ürək  dirək verirlər.
  Lakin el arasında belə  deyim var : 
" yetimə  can , can  deyən  çox ;  kömək  edən az  alur."
  Digər  tərəfdən 
Ukraynada münaqişənin başlanmasının üçüncü ildönümündə BMT  eyni  zamanda  iki qətnamə qəbul edib. Bu  qətnamələr BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Layihə ABŞ tərəfindən təklif olunub. Sənəddə münaqişənin tezliklə dayandırılmasına çağırılır,  lakin  Moskvaya qarşı heç bir tənqid yoxdur.
  Göründüyü  kimi  ABŞ  artıq  Rusiyaya qarşı kəskin çıxış etmir. Əksinə ,  Kiyevi  borlu  çıxarır.
  ABŞ  kimi dünyanın  super  gücünün  ritorikasını  qəfil  dəyişməsi  çox  düşündürücüdür.
 ÖLKƏMİZ BUNDAN  HANSI NƏTİCƏLƏR  ÇIXARTA BİLƏR..?!
 Ukrayna  ətrafında  baş verən  hadisələr 
ata-babalarımızın bizlərə yadigar qoyub getdiyi   məsəllərin  müdrüklüyünü  bir daha təstiq  edir. "Qonşuya  ümüd edən şamsız qalar";
 "İlanın ağına da lənət, qarasına da" ; "ayının min bir oyunu var, o da  armudun başında" və s.
 Bu reallıqlar
bir  daha göstərir ki : Rusiya, ABŞ  və  Avropa ölkələri "demokratiya", "insan haqqları"  şüarı  altında  əslində 
 Ukraynanı  parçalayıb   bölüşdürülməyi  hədəfləyiblər.
  Gözləri  özgə torpaqlarından doymayan, silah alverçiləri ;  günahsız xalqları, insanları qan gölündə  boğurlar. 
 İmperialist niyyətli işğalçı  dövlətlər  öz  mənafeləri  üçün  zəif ölkələri yer üzündən silirlər.
 Günahsız insanlara :  körpələrə, uşaqlara, gənclərə, qadınlara, qocalara rəhm etmirlər.
  Ölkəmizin  ağır vəziyyətə düşməməsi  üçün İlham Əliyev  müdrük siyasət  yürüdür.
  Azərbaycan prezidenti  xarici siyasətində  heç  zaman  Qərb  dövlətlərinin  şirin  və  zahirən  cəzbedici  görünən  bəyanatlarına  güvənmədi.
 Hələ də  təhlükəli olan  Rusiya ilə də  balansı qorudu.
 Gərəkən  məqamlarda  Moskvaya  qarşı  açıq  mövqe sərgilədi.
 Ukraynanı da  unutmadı.
  İmkan  daxilində  dəfələrlə  Ukraynaya  humanitar  yardım göstərdi.
   İlham  Əliyevin  yürütdüyü  uzaqgörən  siyasət  və  apardığı  diplomatiya Azərbaycanı  təhlükələrdən  qoruyur.

Qəvami  Sadıqbəyli, Jurnalist - politoloq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930