Azərbaycan səfiri etimadnaməsini Çin liderinə təqdim edib

30-01-2024, 17:02 5 dəfə baxılıb

 

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Xinhua İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Si Cinpin bu gün bir neçə ölkənin, o cümlədən Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il avqustun 29-da Bünyad Səməd oğlu Hüseynovun Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031