Metroda gedişhaqqı məsələsi parlamentdə müzakirə olundu

30-09-2025, 11:59 109 dəfə baxılıb

 

Milli Məclisdə metroda gedişhaqqının artırılması məsələsi müzakirə olunub.

“Azerinews.az” xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb. 

“Ölkədə ən böyük problemlərdən biri ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi məsələsidir. Sevindiricidir ki, Gəncədə modern avtobusların təminatını gördük. Eyni qaydada Bakıda da ictimai nəqliyyatın necə işləməsi, əhalinin vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin əsas parametrləri sayılmaqdadır. Bu günlərdə metroda da qiymətlərin artması iqtisadi cəhətdən əsaslandırıla bilər, amma başqa yerlərdə qiymətlər artanda imtiyazlı təbəqənin hansı formada bundan yararlanacağı qeyd olunur.

Bizdə isə tələbələrin, şəhid ailələrinin övladlarının, ayrı-ayrı aztəminatlı şəxslərin, daun-autizm xəstəsi olan uşaqların, müalicəyə gedənlərin hansı formada daşınacağı, hansısa imtiyazlı təbəqənin müəyyən kartlarla təmin olunması məsələsi problem olaraq qalır”, - deyə deputat bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031