Gedişhaqqı 50 qəpik olduğu avtobuslarda 10 qəpik artıq ödədilər

1-10-2025, 10:17 238 dəfə baxılıb

 

Bu gündən ictimai nəqliyyatda tətbiq edilən yeni tariflər qüvvəyə minib.

“Azerinews.az”ın  məlumatına görə, tarif artımı bütün avtobus xətlərini əhatə etmədiyindən müəyyən çaşqınlıq yaranıb.

Belə ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə marşrut avtobuslarının təxminən yarısında gedişhaqqı artırılsa da, digər yarısı dəyişməz olaraq qalıb.

Elektron qaydada yəni, “m10” və “Birbank” mobil tətbiqləri vasitəsilə ödəniş etmək istəyənlər isə bilet alaraq proqramın onlara ilkin olaraq 60 qəpiklik ödənişi təklif etməsinin narahatlıq yaratdığını bildiriblər.

Belə ki, gedişhaqqının 50 qəpik olduğu xətlərdə ödəniş etmək istəyərkən elektron bilet yüklənməsi zamanı onlara 60 qəpiklik biletin təklif edilməsinə diqqət etməyən bir çox sərnişinlər bu gün avtobuslara minərkən 10 qəpik artıq ödəniş etdiklərini bildiriblər.

Qeyd edək ki, mobil tətbiqlərdə hazırda 50 qəpiklik bilet seçimi də mümkündür. Bunun üçün sərnişinlər bilet (QR kod) yükləyərkən ödəniş hissəsində seçim etməlidirlər. Sərnişinlər isə avtobuslara minərkən tələsdiklərini, bəzi hallarda bu dəyişikliyi etməyə fürsət tapmadıqlarını deyirlər.

***

Bildirilib ki, mobil tətbiqlər vasitəsilə sərnişinlərdən tutulmuş artıq ödəniş qısa müddətdə geri qaytarılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930