Nazirlik kvadratmetri 435 manata tam təmirli mənzillər satır - Fotolar

1-10-2025, 10:25 315 dəfə baxılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir.

“Azerinews.az” xəbər verir ki, mənzillər 3 və 4 otaqlı olmaqla tam təmirli və çıxarışlıdır.

Mənzilləri həm nağd, həm də ipoteka krediti ilə almaq olar.

Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.

Mənzil almaq istəyən şəxslər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər. 

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031