Bakıda mənzil almaq üçün neçə il işləmək lazımdır?

6-10-2025, 15:57 14 dəfə baxılıb

 Mərkəzi Bankın yeni hesablamasına əsasən, Bakıda orta aylıq əmək haqqı ilə mənzil almaq üçün təxminən 18 ildən çox fasiləsiz işləmək tələb olunur.


Milli.Az bildirir ki, iqtisadçı Eldəniz Əmirovun fikrincə, bu göstərici bir çoxlarına iqtisadi qanunlara zidd kimi görünsə də, əslində bunun aydın iqtisadi səbəbləri mövcuddur.


Ekspert bildirir ki, ilk növbədə, əhalinin iri şəhərlərə, xüsusən Bakıya axını mənzilə olan tələbatı xeyli artırır. Bu, bazarda qiymətlərin yüksəlməsinə təzyiq göstərən əsas amillərdən biridir.


Əsas səbəblərdən biri isə kapitalın istiqamətlənməsi ilə bağlıdır. Belə ki, mövcud şərtlər altında əldə edilən vəsaitlərin əhəmiyyətli hissəsi istehsal, ixrac və real sektora yönəlmək əvəzinə, daşınmaz əmlak bazarına yönləndirilir. Yəni, bu vəsaitlər iqtisadiyyatın dəyər yaradan sahələrində dövriyyəyə daxil olmur.


İqtisadçı qeyd edir ki, bəzi hallarda alıcılar daşınmaz əmlakı birbaşa öz adlarına yox, qohumların və ya tanışların adına rəsmiləşdirirlər. Nəticədə, bəzi yaşayış komplekslərində mənzillər yaşayış üçün yox, kapitalın saxlanılması vasitəsi kimi istifadə olunur. Bu da gecələr həmin binalarda işıqların çoxunun sönük qalması ilə özünü büruzə verir.


Yekun olaraq ekspert vurğulayır ki, mənzil bazarındakı qiymət artımı iqtisadi qanunların pozulması ilə deyil, kapitalın dövlət və ya özəl investisiya sahələrinə yönəlməməsi, yəni kapitalın təbii dövriyyəsinin pozulması ilə izah olunur. Bunun nəticəsində, mənzillər daha çox sərvətin qorunması vasitəsi kimi alınır, nəinki yaşayış məqsədilə.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930