Bu ərazilərdə işıq olmayacaq

16-10-2025, 09:49 8 dəfə baxılıb

 

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma-təftiş işləri aparılacaq.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ətraf ərazilərində və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031