Muxtar Babayevdən iqlim dəyişikliyi problemi ilə bağlı TƏKLİF

13-02-2024, 19:00 0 dəfə baxılıb

“Biz COP29-un ev sahibi kimi inkişaf etmiş və inkişaf etməkdə olan dünya arasında bir körpü olaraq gücümüzdən istifadə edərək, iqlim istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün səyləri sürətləndirməyə sadiqik. Bunun açarı iqlim probleminin miqyasını və aktuallığını əks etdirən yeni iqlim maliyyəsinin yaradılması olacaq”.

"Azerinews.az" COP29-in rəsmi "X" hesabına istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29 un prezidenti Muxtar Babayev Dünya Hökumət Sammitində çıxışı zamanı bildirib. O, yeni yaradılacaq iqlim maliyyəsinin ən çox ehtiyacı olan ölkələrə çatdırılmasının vacibliyini də vurğulayıb. COP29 prezidenti, həmçinin COP prezidentlərinin “üçlüyü"nün birgə fəaliyyətə başlamasını şərh edərək, Azərbaycanın sədrliyinin "missiya 1.5°C"in qorunması üçün səylərin artırılmasına sadiqliyini vurğulayıb.

 Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak edən hazırkı və gələcək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan, BƏƏ və Braziliya arasında tərəfdaşlığa başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930