Bələdiyyələrə təhvil verilən qəbiristanlıqların sayı AÇIQLANDI

19-02-2024, 14:13 6 dəfə baxılıb

 

Azərbaycanda 4 204 qəbiristanlıq var ki, onların da 3 268-i bələdiyyələrə təhvil verilib.

“Azerinews.az” xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: 

“Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dəqiq olmamasıdır. Ona görə də bu işi başa çatdırmaq düzgün deyil. Bundan başqa, orada əmlakların bəzilərinin mülkiyyət sənədləri yoxdur. Bu günə kimi də alınmayıb. Ona görə də belə çətinliklər bu gün var. Tək-tük rayon icra hakimiyyəti var ki, orada komissiyalar yaradılsa da, təhvil-təslim işləri bir az dayanıb. Bu işlər diqqət və nəzarətdədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031