“WhatsApp” tərtibatçıları mesencerə yeni mətn formatı seçimləri əlavə ediblər.
“WhatsApp” tərtibatçıları mesencerə yeni mətn formatı seçimləri əlavə ediblər. İndi siz sitatları vurğulamaqla və digər mətn formatlarından istifadə etməklə mesajlarınızı strukturlaşdıra bilərsiniz.
Qalın (*Mətn*), kursivlə (_Mətn_), üstündən xətt çəkilmiş (~Mətn~) və eyni enli şriftlə (```Mətn```) mətni vurğulamaq üçün mövcud üsullara yeni seçimlər əlavə edilib. Beləliklə, markerlər (- Mətn) və nömrələmə (1. Mətn) ilə siyahılar yaratmaq mümkündür.
Bundan əlavə, “WhatsApp” istifadəçiləri formatlaşdırmanı (Mətn) qoruyarkən indi sitatı (>Mətn) vurğulaya və kod fraqmentlərini yapışdıra bilərlər.
Oxşar mətn formatlama üsulları “Telegram”da da mövcuddur.
Mənbə: Gazeta.ru