Azərbaycanda bələdiyyələrin sayı azaldılır - YENİLƏNİB

23-02-2024, 16:49 0 dəfə baxılıb

 Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.

12:44

Bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır:

“Bu, çox vacibdir. Əhali sayı 3 000 nəfərdən az olan bələdiyyələr birləşəcək. Bələdiyyələrin sayı azaldılır, bələdiyyələr birləşdirilir. Digər tərəfdən, örüş sahələri ilə bağlı əhalinin tələbatı ödənilməlidir. İcarəyə götürülmüş torpaqlarla bağlı məsələ də qalmaqdadır. O torpaqların qiymətləndirilməsində çox ciddi problemlər var. İcarə müqavilələrində kifayət qədər debitor borclar yaranır. Bələdiyyələrin yalnız torpaqla deyil, digər sosial sahələrlə məşğul olmaq səlahiyyəti var. Amma mən hələ görməmişəm ki, hansısa bələdiyyə uşaq bağçası tikdirsin, hansısa kəndə su çəkdirsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930