“Xankəndi, Xocalı və Qubadlıda su sistemləri qurulur”

28-02-2024, 11:06 13 dəfə baxılıb

 

“Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb. Laçında 2022-ci ildə başlanmış su anbarının tikintisinin bu ilin ilk yarısında yekunlaşdırılması planlaşdırılır”. 

“Azerinews.az” xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

“Cəbrayılda Qız Qalası su anbarının və bir sıra digər obyektlərin layihələndirilməsi işləri tamamlanıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Laçın şəhərinin içməli, yağış suları sistemləri yaradılıb. Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli su sistemləri qurulur”, - deyə Agentlik sədri vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930