Feysbuk və instaqram çökdü

5-03-2024, 20:19 5 dəfə baxılıb

 

Feysbukun Azərbaycan seqmentində problem yaşanıb.

“Azerinews.az” xəbər verir ki, anidən hesablardan çıxış edilib.

Maraqlıdır ki, login və şifrə yenidən daxil edilsə də, hesaba girmək olmur.

Hazırda instaqramın da fəaliyyətində problem yaşandığı bildirilir.

Problemin nədən qaynaqlandığı sual altındadır.

***

Məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” portalı da sosial şəbəkələrdə yaranan problemlə bağlı məlumat yayıb.

İstifadəçilərin daxil olmaqda çətinlik çəkdiyi bildirilir. Həmçinin qeyd olunub ki, öz hesabına daxil olanlar üçün xəbər lenti yüklənmir, instaqramda video bölməsi – “Reels” işləmir.

Xüsusilə sosial şəbəkələrin fəaliyyətindəki problemlər barədə məlumat ABŞ-dən daxil olub. Ən çox çətinliklə Nyu-York, San-Fransisko və Sietl sakinləri yaşayıb.

Bir sıra digər xidmətlərdə də problemlər yaranıb. Onların arasında “YouTube” videohostinqi, “WhatsApp” messenceri, “Google” xidmətləri, həmçinin “TikTok” sosial şəbəkəsi də olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031