Avtobuslar cədvələ uyğun hərəkət etmir - Rəsmi
“Diaqnostika onu göstərdi ki, xətdə olan avtobusların sayı cədvəllərdə göstərilən avtobusların sayından kifayət qədər aşağıdır. 2022-ci ilin sentyabrın 15-də xəttə 2200 avtobus əvəzinə 1700 avtobus çıxıb”.
“Azerinews.az” xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, təhlilə əsasən, 17 faiz əhalinin ictimai nəqliyyata çıxışı yoxdur: “Bu da sakinləri məcbur edir ki, fərdi nəqliyyat vasitələrindən istifadə etsinlər”.