Azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb

13-03-2024, 11:48 4 dəfə baxılıb

 Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb və struktura daxil edilib.

"Azerinews.az"  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2,7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir: “Vergi xidməti ölkənin bütün ərazilərində fəaliyyət göstərir. Bakı şəhərində mərkəzi aparatdan başqa, 7 idarəmiz var. Regionlarda isə 14 struktur bölmə fəaliyyət göstərir. Vergi orqanlarında xidmət xidmətin xüsusi növüdür. Xüsusi rütbə maaşlarına da yenidən baxılıb və bugünkü reallığa uyğunlaşdırılıb. Xüsusi rütbə verilməsi zamanı hər hansı pozuntulara yol verilməməsi üçün məhdudiyyətlər müəyyən edilib. Ən aşağı xüsusi rütbə ilkin olaraq vəzifəyə təyin olarkən veriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031