Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin say həddi azaldılıb

13-03-2024, 13:11 47 dəfə baxılıb

 Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin say həddi azaldılıb.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin cəmi say həddi 23-dən 10-a endirilib.

Həmçinin, nazirliyin ərazi və yerli bölmələri üzrə mövcud 13 xidməti avtomobil ləğv edilib.

Eyni zamanda, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə qaldırılıb.

Dəyişikliklə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə 3, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə isə 17 xidməti minik maşını ayrılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930