Uzun müddət texnoloji vasitələrdən istifadə edildikdə uzağı zəif görmənin yaranması ehtimalı var

13-03-2024, 16:51 4 dəfə baxılıb

 “Davamlı kompüter və telefona baxan uşaqlarda qlaukoma xəstəliyinin yaranması ilə bağlı hazırda hansısa bir tədqiqat yoxdur”.

"Azerinews.az" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov açıqlayıb.

Onun sözlərinə görə, uzun müddət kompüter, planşetlərdən istifadə edən uşaqlarda göz təzyiqinin yüksək olması və qlaukoma xəstəliyinin yaranması ilə bağlı hansısa təsdiqedici elmi araşdırma mövcud deyil:

“Lakin bir amil var ki, uzun müddət yuxarıda qeyd etdiyimiz texnoloji vasitələrdən istifadə edildikdə miopiya, uzağı zəif görmənin yaranması ehtimalı var. Bu zaman 40 yaşdan sonra miopiya özü qlaukomanın yaranmasında risk faktoru ola bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930