DYP: Yük daşıma zamanı xətalara görə ciddi tədbirlər görüləcək

14-03-2024, 13:42 158 dəfə baxılıb

 DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.

İdarədən verilən məlumata görə, müraciətdə deyilir:

"Son günlər yük daşıma fəaliyyəti göstərən sürücülər tərəfindən daşınan yüklərin ölçü parametrlərinə əhəmiyyət verilməməsi, xüsusilə qablaşdırılmanın düzgün aparılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.

Xatırladaq ki, yüklərin bu şəkildə daşınması hərəkət zamanı nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə bilavasitə təsir göstərir ki, bu da yükün yola dağılması, habelə avtomobilin özünün aşması ehtimalını dəfələrlə artırır. Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir, bununla yanaşı sadalanan qayda pozuntularının qanunla nəzərdə tutulmuş məsuliyyət yaratdığını və bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930