Naxçıvan əhalisinin sayı artıb
Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.
Bu barədə "Report"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, 1 fevral 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2862 nəfər və ya 0,6 faiz artaraq 468753 nəfər olub.