Azərbaycanda “İstilik enerjisindən istifadə qaydaları” dəyişib

5-04-2024, 16:58 192 dəfə baxılıb

 

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 28 sentyabr 2005-ci il tarixli və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031