Dövlət Vergi Xidmətindən alkoqol istehsal edənlərə xəbərdarlıq!

6-04-2024, 11:47 108 dəfə baxılıb

 

Mövcüd qida subyektlərinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun necə tətbiq olunacağına aydınlıq gətirilib. 

 "Azerinews.az" xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva danışıb.

“Qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-1.3-cü maddəsində qeyd olunan şərtə əməl edilməsini təmin etməlidir. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031