Qarabağda, kənd yerlərində qadın mərkəzləri açaq - BMT nümayəndəsi

8-04-2024, 12:02 114 dəfə baxılıb

Biz təcrübədə görürük ki, başlanılmış layihələr sonradan agentliklər tərəfindən də davam etdirilir.

"Azerinews.az"  xəbər verir ki, bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo deyib. O bildirib ki, aparılan işlər nəticəsində 2023-cü ildə qadın resurs mərkəzləri genişləndirilib:

 "Hazırda belə 15 mərkəz fəaliyyət göstərir. Biz çalışırıq ki, Qarabağda, kənd yerlərində qadın mərkəzləri açaq, özünü doğrultmuş sistemi genişləndirək. Düşünürəm ki, 2024-cü ildə nəticəni artıracağıq. Gənclərin təhsillə təmin olunması, təhsil mərhələsindən sonra fəaliyyətlərlə məşğul olması təmin olunsun. Onlarda əlavə bacarıqlar formalaşdıraq ki, fərd olaraq cəmiyyətdə özlərinə yer tuta bilsinlər. Eyni zamanda, peşə təhsili ilə bağlı dəstəyin davam etdirilməsi çox vacibdir. Biz çalışırıq ki, ölkənin bütün yerlərində kənd təsərrüfatı ilə məşğul olanların gəlirlərinin artırılmasına dəstək olaq".

O çıxışı zamanı bildirib ki, Azərbaycan hökümətinə dəstəklərink davam etdirəcəklər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930