İpoteka və Kredit Zəmanəti Fondunda yoxlama aparılsın - Deputatdan təklif

8-04-2024, 13:08 158 dəfə baxılıb

 

Biz deputatlar, o cümlədən mən hər zaman deyirik, filankəs oğurladı, filankəs qaçdı.

 "Azerinews.az"  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

 Deputat təklif edib ki, biz nümunəvi qurumları müəyyənləşdirək: “Yəni hansı qurumda pozuntu olmayıbsa, bunu açıqlaya bilərik”.

 Deputat qeyd edib ki, hesabatda yayınma, itki, kənarlaşma, mənimsəmə ifadələri var: “Bunların ən çoxu satınalmalarla bağlıdır, daha dəqiq olmalıyıq. 0,2 milyon manat və 0,5 milyon qayıdışla bağlı rəqəmlər görürük. Sonda İpoteka və Kredit Zəmanəti Fondu var, 3 milyard manatdan çox o fondun xətti ilə kreditlər ayrılıb. Bu fond yoxlanılıbmı və yoxlanılacaqmı?”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031