Sosial ödənişlər üzrə 2 milyard manatdan çox ödəmə edilib

16-04-2024, 11:40 93 dəfə baxılıb

 Yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də artmaqda davam edir.

2024-cü ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 224,4 milyon manat və ya 11,5 faiz çoxdur.

Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq, cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031