40 bağça müdiri işdən çıxarılıb, 200-nə töhmət verilib - RƏSMİ
Son 3-4 ay ərzində 40-a yaxın müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.
"Azerinews.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat xarakterli brifinq zamanı deyib.
O bildirib ki, bağçalarda hamımızın ara-sıra mətbuatda gördüyümüz pozuntu halları, uşaqların qidalanması ilə bağlı tərbiyəçilər ilə uşaqlar arasındakı olan münasibətlə bağlı vaxtaşırı neqativ hallarla rastlaşırıq:
“Bu nəzarətimizdədir. Monitorinqlərin əhatəliyi dayanmır. Son 3-4 ay ərzində 40-a yaxın müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib, 200-nə töhmət verilib. Bağçalarda monitorinqlər mütəmadi davam edəcək”