“Xəzər TV”nin məşhur verilişi bağlanacaq

19-04-2024, 16:56 124 dəfə baxılıb

 Xəzər Televiziyası may ayından “Təsir dairəsi” verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib.

“Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından “Təsir dairəsi” verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq. Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, verilişin aparıcısı Lalə Azərtaşdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031