Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

24-04-2024, 12:27 128 dəfə baxılıb

 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4% və ya 36,9 kq azalıb. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkədə 140 kq qara kürü istehsal edilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 90 kq nərə balığının kürüsü ixrac edilib. Kürünün orta ixrac qiyməti 1 142 ABŞ dolları (1 941 manat) təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930