FHN-in rəsmi internet saytı yeniləndi

24-04-2024, 17:18 57 dəfə baxılıb

 Fövqəladə Hallar Nazirliyi (FHN)  www.fhn.gov.az ünvanında yerləşən rəsmi internet informasiya resursunun tam yenilənmiş versiyasını istifadəyə verib.

“Azerinews.az” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, internet informasiya resursunun yenidən hazırlanmasında məqsəd, ilk növbədə, istifadə rahatlığına, naviqasiya sadəliyinə malik, eləcə də, müasir dizayn tendensiyaları və kibertəhlükəsizlik tələblərinə cavab verən, fərqli və diqqətçəkən məhsulun təqdim edilməsi olub. 

Hazırlıq prosesində dövlət strukturlarının internet informasiya resurslarına tətbiq edilən qanunvericilik tələbləri nəzərə alınıb. İnternet informasiya resursunda Nazirlik tərəfindən həyata keçirilən işlər, yeniliklər barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir. Əsas səhifədəki müvafiq kateqoriyalarda Nazirlik haqqında, ümumi qanunvericilik bazası, faydalı keçidlər, media üçün müxtəlif məlumatlar, maarifləndirmə, təlimlər, statistik məlumatlar, elanlar və s. yeni üslubda təqdim edilir.

Əlavə olaraq, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər sisteminə keçid imkanı yeni internet informasiya resursunda daha əlçatan təqdim edilib, bölmənin funksionallığı artırılıb. Həmçinin, fiziki məhdudiyyətli şəxslərin internet informasiya resursundan istifadəsini genişləndirmək məqsədilə “Müyəssərlik menyusu” da əlavə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031