Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif

26-04-2024, 10:50 109 dəfə baxılıb

 

Milli Məclisin deputatı Vüqar Bayramov Ombudsman institutuna əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edib. 

"Azerinews.az" ın məlumatına görə, deputat parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib ki, məsələ ilə əlaqəli bir çox ölkələrin təcrübəsinə nəzər yetirib. 

Onun sözlərinə görə, apardığı araşdırmalarla həmin ölkələrdə Ombudsman institutu bir çox sahədə illik hesabat hazırlayır: “Həmin hesabatlardan biri də əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Çünki çox vacibdir ki, Ombudsman instututu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlasın. Bu da inkluzivlik baxımından çox önəmlidir, Azərbaycan inklüziv inkişafı ilə seçilən ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev də çıxışında dəfələrlə inkluziv inkişafın ölkəmiz üçün prioritet olduğunu qeyd edib”.

***

Deputat Jalə Əliyeva da məsələyə münasibət bildirib: “Hər birimizə məlumdur ki, Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluqlar və problemlər var.

Baxmayaraq ki, bu sahədə dövlətin həyata keçirdiyi işlər sahəsində çox böyük uğurlar əldə etmişik, amma hələ də bu məsələlərlə bağlı hər birimizə onlarla məktub daxil olur. Təklif edirəm ki, bu qəbildən olan problemlər Ombudsman institutu tərəfində nəzarətə götürülsün”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930