Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

2-05-2024, 12:39 94 dəfə baxılıb

 Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev maddi ziyanla bağlı məhkəməyə ərizə verib.

“Unikal”ın məlumatına görə, məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bundan öncə Mövlam Şıxəliyevin ailə üzvləri müxtəlif səbəblərlə bağlı dəfələrlə məhkəməyə müraciət etsələr də, rədd cavabı alıblar. Məhkəmə müraciətlərin qanuni əsasının olmadığını əsas gətirib. Belə ki, keçmiş generalın ailə üzvləri cinayət yolu ilə əldə olunmuş əmlakları leqallaşdırmaq istəyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930