Azərbaycanda Analar Günü təsis oluna bilər

3-05-2024, 12:48 131 dəfə baxılıb

 

“Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər”.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:

“Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününü elə Analar Günü kimi də qeyd edirik”.

B.Muradova qeyd edib ki, Azərbaycanda Analar Gününün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir:

“Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930