Hərbçimiz Kəlbəcərdə HƏLAK OLDU - Yaralılar var

3-05-2024, 16:37 82 dəfə baxılıb

 

Müdafiə Nazirliyi Kəlbəcərdə baş verən qəza barədə məlumat yayıb.

 Nazirlikdən verilən məlumata görə, mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

 Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

 "Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - açıqlamada deyilir.

 

***

13:40

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 "Azerinews.az" "oxu.az"a istinadən xəbər verir ki,  hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

 Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

 Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031