Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA

6-05-2024, 12:08 106 dəfə baxılıb

 Azərbaycanda evlənmək məqsədilə qızqaçırma halları mütəmadi olaraq baş verir.

Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, qızqaçırma adam oğurluğudur, hansısa istisna yoxdur.

Yəni kimsə nikaha məcbur edilə bilməz, bu, qadağandır, məsuliyyət yaradır.

Bəs Azərbaycanda hər il təxminən neçə qızqaçırma faktı qeydə alınır?

Modern.az bununla bağlı statistikanı öyrənməyə çalışıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə 31 adam oğurluğu hadisəsi törədilib ki, bunun da 17-si qızqaçırma olub.

2022-ci ildə adam oğurluqlarına dair 45 hadisə qeydə alınıb ki, bundan da 25-i evlənmək məqsədilə qızların qaçırılması faktıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930