Kəlbəcərə dolu düşüb

8-05-2024, 10:55 133 dəfə baxılıb

 Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Qobustan, Şahbuzda 22 mm, Göygöldə 20 mm, Lerikdə 19 mm, Altıağacda 18 mm, Şəkidə 12 mm, Şabranda 11 mm, Lənkəran, Şamaxıda 10 mm, Quba, Xaltanda 9 mm, Qusar, Balakən, Gədəbəydə 8 mm, Qrız, Neftçala, Astara, İsmayıllıda 7 mm, Qax, Ordubad, Kürdəmir, Daşkəsən, Şərur, Göyçay, Şahdağ, Sabirabad, Sədərək, Yardımlı, Zaqatala, Culfa, Bərdə, İmişli, Ağstafa, Tərtər, Mingəçevir, Yevlax, Göytəpə, Naftalan, Gəncə, Ağdamda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 16 mm-dək olub.

Mayın 7-də saat 15:30-15:53 radələrində Kəlbəcər rayonunun cənub-qərb hissəsinə diametri 10-12 mm olan dolu düşüb.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 13, dağlıq rayonlarda 2-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930