Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək

9-05-2024, 14:57 118 dəfə baxılıb

 

Azərbaycanda ölkəmizlə yanaşı Türkiyə və Gürcüstanın iştirakı ilə təbii fəlakətlər zamanı axtarış və xilasetmə işləri üzrə birgə hərbi təlimlər keçiriləcək.

"Azerinews.az" ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlər 13-18 may tarixinə planlaşdırılıb.


Hərbi qurum, həmçinin Konyada Türkiyə, Azərbaycan, Qətər, Polşa, Rumıniya və Səudiyyə Ərəbistanının da iştirak etdiyi “Anadolu Ankası-2024” təliminin uğurla davam etdiyini vurğulayıb.

Qeyd edək ki, mayın 6-da başlayan beynəlxalq təlim mayın 17-nə qədər davam edəcək. Təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930